
“Sentyabr ayında Qəzza şəhərinin 250 mindən çox sakini evlərini və sığınacaqlarını tərk etməyə məcbur olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (HMKO) məlumat yayıb.
“Rəqəmlər sürətlə artır: təkcə son bir ayda Qəzzanın şimalından Qəzzanın cənubuna təxminən 200 min, o cümlədən bazar günündən bu yana 56 000 köç qeydə alınıb. Ciddi məhdudiyyətlərə baxmayaraq, BMT və tərəfdaşlar zərər çəkmiş anklav sakinlərinə həyati dəstək göstərmək üçün mümkün olan hər şeyi edirlər”, - bəyanatda deyilir.
Agentliyin məlumatına görə, martın ortalarında İsrail və HƏMAS arasında atəşkəsin pozulmasından sonra Qəzza zolağında bir milyondan çox insan didərgin düşüb.