AZ

Tramp Çinə səfər edəcək

Vaşinqton, 19 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp gələn ilin əvvəli Çinə səfər edəcək.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Çin sədri Si Cinpinlə telefon danışığının nəticələri ilə bağlı “Truth” sosial şəbəkəsində məlumat verib.

O, Çin Sədrinin də münasib vaxtda ABŞ-a səfər edəcəyini açıqlayıb.

Tərəflər həmçinin oktyabrın axırı Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunda da bir araya gələcəklər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
13
6
azertag.az

8Mənbələr