AZ

Si Çinpin: ABŞ birtərəfli ticarət məhdudiyyətlərindən çəkinməlidir

BAKI, 19 sentyabr. TELEQRAF

Çin Xalq Respublikasının sədri Si Çinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı ABŞ-ni ticarətə dair birtərəfli məhdudiyyət tədbirlərindən çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə «Sinsua» agentliyi məlumat yayıb.

Danışıqlar zamanı Çin lideri qeyd edib ki, ABŞ və Çin komandaları arasında yaxınlarda məsləhətləşmələr keçirilib.

Onun sözlərinə görə, bu görüşlər “bərabərlik, hörmət və qarşılıqlı münasibət ruhunu” əks etdirib. Həmçinin məsləhətləşmələr ölkələr arasındakı münasibətlərin nizama salınmasına davam etmək imkanı yaradıb, – deyə Çin sədri vurğulayıb.

“ABŞ tərəfi ticarətə dair birtərəfli məhdudiyyət tədbirlərindən çəkinməlidir ki, bu, hər iki tərəfin çoxsaylı məsləhətləşmələr nəticəsində əldə etdiyi nailiyyətlərə təsir göstərməsin”, – Si Çinpin bildirib.

ABŞ prezidenti Donald Tramp sentyabrın 15-də Çin lideri Si Çinpinlə telefon danışığını açıqlayıb.

Seçilən
4
2
teleqraf.com

3Mənbələr