AZ

Yaponiyada axtarış xilasetmə təyyarəsi qəzaya uğradı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaponiyada axtarış-xilasetmə təyyarəsi qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus axtarış-xilasetmə təyyarəsi Niiqata hava limanına enərkən uçuş-enmə zolağından çıxaraq aşıb. Qəzaya görə uçuş-enmə zolaqları müvəqqəti olaraq hava hərəkəti üçün bağlanıb. Bədbəxt hadisə nəticəsində xəsarət alan olmayıb.

Niiqata hava limanının ofisindən verilən məlumata görə, qəza yerli vaxtla saat 12:00 radələrində baş verib. SDF U-125A axtarış-xilasetmə təyyarəsi təlim uçuşundan qayıdarkən naməlum səbəbdən uçuş-enmə zolağından çıxıb.

Ehtiyat tədbiri olaraq hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib, hava limanındakı A və B uçuş-enmə zolaqları müvəqqəti olaraq hava nəqliyyatı üçün bağlanıb. İlkin məlumatlara görə, təyyarədə olan 5 nəfərdən heç biri xəsarət almayıb və yanğın baş verməyib.

Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
525.az

1Mənbələr