AZ

“3-4 futbolçu var ki, gözlədiklərimizi ala bilmirik” – Azər Həşimov

“Standart vəziyyətdən qol buraxdıq. Daha sonra hücuma atılıb qol vurmaq istəsək də, rəqib bizi əks-hücumda tutub ikinci qolu vurdu. Əvəzetmələr etdik, geridönüş etmək istəsək də, alınmadı. Nəticədə, məğlub olduq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Karvan”ın baş məşqçisi Azər Həşimov “İmişli” məğlubiyyətinin ardından deyib. O, daha sonra belə davam edib:

“Beş tur geridə qalıb. Bəzi legionerlər potensialından aşağı çıxış edir. Hardasa 3-4 futbolçu var ki, gözlədiklərimizi ala bilmirik. Amma görünür ki, potensialları var. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəklər.

İstəyirik ki, öz meydanımızda oynayaq. AFFA-dan da gəlib baxış keçirdilər. Bu məsələ bizim işimiz deyil. Bununla bağlı rəhbərliyə sual ünvanlasaz, daha yaxşı olar”.

Seçilən
20
2
idmanxeber.az

3Mənbələr