BAKI, 19 sentyabr. TELEQRAF
Cəbrayıl şəhərində magistral su xətlərinin, tullantı və yağış sularının kollektorları və müvafiq qurğuların tikintisi ilə bağlı layihələndirmə və tikinti işlərinə başlanılır.
Layihə çərçivəsində “Texniki Şərtlərin Tətbiqi və Qiymətləndirmə Təlimatı”nın hazırlanmasıda nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu məqsədlə ümumilikdə 12 milyon 707 min 142 manat vəsaitin xərclənməsi planlaşdırılır.
Qeyd edək ki, müvafiq işlərə“Tikilməkdə olan obyektlərin müdiriyyəti” publik hüquqi şəxsi nəzarət edəcək.