Kabil ABŞ-ın Əfqanıstandakı hərbi varlığının bərpasına icazə verməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Zakir Cəlali özünün X sosial şəbəkədəki səhifəsində bildirib.
"Əfqanıstan və ABŞ qarşılıqlı hörmət və ümumi maraqlar əsasında iqtisadi və siyasi əlaqələrə malik ola bilərlər, lakin ABŞ-ın Əfqanıstanın heç bir hissəsində hərbi mövcudluğuna ehtiyac yoxdur", - deyə o vurğulayıb.
Məryəm Quliyeva