AZ

Paşinyan sevinir: Aİ dən Ermənistana 200 milyonluq jest

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Avropa İttifaqı Ermənistanın iqtisadi inkişafı üçün 200 milyon avrodan çox vəsait ayıracaq.

Globalinfo.az bildirir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla birgə mətbuat konfransında deyib.

“Biz Ermənistanda Dayanıqlıq və İnkişaf Proqramının ikinci mərhələsinə başlayırıq. Bu o deməkdir ki, Ermənistanda biznesin inkişafına investisiyaların dəstəklənməsi üçün 200 milyon avrodan çox vəsait ayrılacaq. Bu proqram Ermənistan üçün həyati əhəmiyyət kəsb edən sektorlarda islahatları dəstəkləmək məqsədi daşıyır. Bu səbəbdən biz yüksək səviyyəli konfransa başlamaq barədə razılığa gəldik”, – Kos deyib.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr