AZ

Yankoviç uzun müddət meydanlardan kənarda qalacaq

“Qarabağ”ın futbolçusu Marko Yankoviç 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Tribunainfo.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

O bildirib ki, müayinələrdən sonra futbolçuda əzələ gərilməsi akarlanıb. Müalicə üçün 6 həftə vaxt lazım olacaq.

Qeyd edək ki, “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi “Benfika” ilə oyunda zədələnərək meydanı tərk etmişdi.

Seçilən
18
tribunainfo.az

1Mənbələr