AZ

76-cı Beynəlxalq Astronavtika Konqresində Azərbaycan geniş tərkibdə təmsil olunacaq I FOTOLAR

AzVision.az xəbər verir ki, brifinqdə 29 sentyabr - 3 oktyabr tarixlərində Avstraliyanın Sidney şəhərində baş tutacaq Konqresdə iştirak edəcək 52 nəfər tələbə, gənc mütəxəssis və alimlərdən ibarət milli elmi heyətin hazırlıq prosesi müzakirə olunub.

Bu ilki Konqresə ölkəmizdən təqdim olunmuş 632 elmi məqalə ilə Azərbaycan, ABŞ-dan sonra dünyada ikinci yerdə qərarlaşıb. Bu göstərici təkcə statistik rəqəm deyil, həm də Azərbaycan alimlərinin, gənc tədqiqatçılarının, universitetlərimizin intellektual gücünün və beynəlxalq elmi potensialının bariz sübutudur.

Qeyd edək ki, 2023-cü ildə Bakıda keçirilən Konqresdə Azərbaycan 214 elmi məqalə ilə, 2024-cü ildə Milanda isə 345 elmi məqalə ilə təmsil olunmuşdur.

Son illərdə əldə edilən uğurlar nəticəsində Azərbaycan alimlərinin “Scopus” beynəlxalq elmi bazasında təmsilçiliyi 30%-ə yüksəlib.

Bu il ilk dəfə olaraq universitetlərin professor-müəllim heyətinin iştirakı ilə “Elmi Juri” formalaşdırılıb. Süni intellekt əsasında tətbiq edilən alqoritmik sistem vasitəsilə elmi seçim iki mərhələdə aparılıb və nəticədə təqdim olunan məqalələrin 51%-i yüksək keyfiyyət göstəricisi üzrə seçilmişdir. Bununla da Azərbaycan keyfiyyət göstəricisinə görə qəbul alan ölkələr arasında ilk 10-luqda, 6-cı sırada qərarlaşmışdır.

Bundan əlavə, KOSMİK Akademiyanın dəstəyi ilə 166 elmi məqalə xüsusi elmi ekspertizadan uğurla keçmişdir. Bu isə ölkəmizin artıq yalnız say deyil, həm də keyfiyyət baxımından beynəlxalq elmi səhnədə güclü mövqeyə sahib olduğunu təsdiqləyir.

“Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) mövzusu altında keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 12 ali təhsil müəssisəsinin tələbə və alimləri təmsil edəcəklər.

Azərbaycan nümayəndə heyətinin bu uğurlu çıxışı ölkəmizin kosmik və elmi-texnoloji sahədə beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

AzVision.az


Qalereya


Seçilən
15
2
azvision.az

3Mənbələr