Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Suverenlik ilinin ən önəmli tərəflərindən biri ondan ibarətdir ki, tarixdə ikinci dəfə Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib. Bu il gerçəkləşdirilməsi nəzərdə tutulan Konstitusiya islahatlarının artıq bütün Azərbaycan ərazisində tam suveren şəkildə keçirilməsi xüsusi əhəmiyyət daşıyır".Bunu Demokrat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.O, bildirib ki, bu vaxta qədər istər 1995-ci ildə, istər 2002-ci ildə, istərsə də 2006 və 2009-cu illərdə qəbul edilən islahatlar müəyyən əhəmiyyətə malik olsa da, Azərbaycanın bütöv ərazilərində həyata keçirilməmişdi:"Çünki həmin dövrlərdə ölkənin suverenliyi tam bərpa olunmamışdı. Artıq bu gün suverenliyimiz tam bərpa edilib. Bu isə Azərbaycan dövlətçiliyinin ən əlamətdar hadisələrindən biri hesab olunur. Müstəqil Azərbaycanın qarşıdakı çağırışlara adekvat cavab verə bilməsi üçün keçiriləcək yeni Konstitusiya islahatları mühüm tarixi mərhələ olacaq".Politoloq bildirib ki, suverenliyin bərpası Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial həyatına böyük təsir göstərəcək:"Yeni yaradılacaq Konstitusiya islahatlarının həm daxili, həm də xarici siyasətə güclü təsirləri olacaq və ölkənin daha da inkişafına şərait yaradacaq.Bu gün isə artıq Azərbaycan öz ərazilərini işğaldan azad etmiş müstəqil və qalib dövlətdir. Qalib Azərbaycanın vətəndaşları suveren sərhədlər ətrafında birləşərək öz gələcəyini yenidən yazmağa başlayır ki, bu da dövlətçilik tariximiz üçün xüsusi əhəmiyyət kəsb edir".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.