AZ

Milli Məclisin sədri Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri ilə görüşüb

Bakı. Trend:

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova MalayziyaParlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari BinAbdul ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilən məlumata görə, NümayəndələrPalatasının sədri Milli Məclisin sədrini səmimiyyətlə salamlayaraq,Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı BaşAssambleyasında iştirakına görə təşəkkürünü bildirib.

O, bu cür parlamentlərarası platformaların ikitərəfli vəçoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsətolduğunu diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərimizin beynəlxalq təşkilatlardaəməkdaşlığından məmnunluq ifadə olunub, xüsusilə də QoşulmamaHərəkatı Parlament Şəbəkəsində birgə fəaliyyət üçün genişimkanların olduğu qeyd edilib.

Azərbaycan və Malayziyanın qanunvericilik orqanlarınınparlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışanSahibə Qafarova, bu baxımdan AİPA-nın 46-cı Baş Assambleyasınınəhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Malayziya parlamentləri arasındaəməkdaşlığın gələcək perspektivlərindən danışılıb, bu cürgörüşlərin və aparılan danışıqların parlamentlərimiz arasındauğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub.

Söhbət zamanı Milli Məclisin sədri Cənubi Qafqaz regionundagedən proseslər, Azərbaycan torpaqlarının işğaldan azad olunması,hökumətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılangenişmiqyaslı yenidənqurma işləri haqda məlumat verib.

Spiker Sahibə Qafarova, eyni zamanda Azərbaycan RespublikasıPrezidentinin Vaşinqtona son işgüzar səfəri kontekstindəAzərbaycan-Ermənistan sülh prosesi haqda fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
3
19
az.trend.az

10Mənbələr