Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycanlı güləşçi Murad Əhmədiyev erməni rəqibinə qalib gəlib.
Bizim.Media xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiev əvvəlcə italiyalı Nikolaz Kakelaşvilini 4:1 hesabı ilə məğlub edib, daha sonra isə qırğızıstanlı Uzur Cüzüpbəkova 5:1 hesabı ilə qalib gəlib.
Dörddəbir finalda Murad Əhmədiyevin rəqibi Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olan erməni güləşçi Artur Aleksanyan olub. Görüş 3:3 hesabı ilə başa çatsa da, sonuncu fəal hərəkətlərə görə qələbə Azərbaycan idmançısına verilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta