AZ

Formula 1 Azərbaycan Qran Prisində ilk gün sürprizlərlə yadda qaldı

Bakı. Trend:

Cümə günü baş tutan ikinci sərbəst yürüşün yekunundaprotokollara “Ferrari” komandasının pilotları liderlik etdilər.

Trend xəbər verir ki, maraqlıməqam isə Lyuis Hemiltonun ən sürətli dövrəsində komanda yoldaşı,Bakıda ardıcıl dörd poul sahibi olmuş Şarl Lekleri cəmi 0.074saniyə qabaqlaması oldu.

Onların ardınca “Mercedes” pilotları qərarlaşdı – Corc Rasl gənckomanda yoldaşı Kimi Antonellini cəmi 0.009 saniyə qabaqlayaraqüçüncü nəticəni göstərdi. Günün ən böyük sürprizlərindən birini isə“Haas” nümayiş etdirdi: Oliver Börman Maks Ferstappeni (“Red Bull”)üstələyərək protokollarda irəli sıralarda yer aldı. Komanda yoldaşıEsteban Okon da yaxşı performans sərgiləyərək Liam Lousonun(“Racing Bulls”) ardınca 8-ci oldu. İlk onluqda Aleks Elbon(“Williams”) və Lando Norris (“McLaren”) də yer aldı.

Qeyd etmək lazımdır ki, Bakıda Mühəndislər Kubokunu qazanmağahazırlaşan “McLaren” komandasının sürücüləri birinci sessiyadanfərqli olaraq, bu dəfə çox zəif təəssürat bağışlayıblar. HəmNorris, həm də Oskar Piastri divarlarla təmas yaşamaqdan qurtulabilməyiblər - Landonun təması daha ciddi olduğu üçün mexaniklərmaşını sabahkı sessiyalara çatdırmaq üçün üzərində xeyli işləməliolacaqlar.

Beləliklə, Azərbaycan Qran Prisində həyəcanlı ilk gün geridəqaldı və azarkeşlər sabahkı sessiyalarda daha da gərgin mübarizəninşahidi olacaqlar.

Məqalədə:
Seçilən
23
7
az.trend.az

8Mənbələr