AZ

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq...

Sentyabrın 21-i səhərədək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib.

Milli Hidrometeorologiya Xidmətindən   verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Gəncə, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Neftçala, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Neftçala, Ağcabədidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Sarı xəbərdarlığa uyğun olaraq isə əksər rayonlarda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
49
olaylar.az

10Mənbələr