AZ

Monika rejissor sevgilisindənayrıldı

60 yaşlı italyan aktrisa Monika Belluçi amerikalı kinorejissor Tim Burtondan ayrılıb.

Redaktor.az xəbər verir ki, cütlük bu gün “France-Presse” agentliyinə göndərdikləri birgə açıqlamada ikiillik münasibətlərini qarşılıqlı hörmət əsasında bitirmə qərarına gəldiklərini bildirib.

İlk dəfə 2006-cı ildə Kann kinofestivalında tanış olan Belluçi və 67 yaşlı Burtonun münasibətləri 2022-ci ildə Fransada keçirilən Lümyer Festivalında yenidən başlayıb.

Onlar qısa müddət sonra İspaniyanın Madrid şəhərində qol-qola gəzərkən görüntülənsələr də münasibətdə olduqlarını açıqlamayıblar. Belə ki, 2023-cü ilin oktyabrında Roma Film Festivalına birlikdə qatılana qədər əlaqələrini açıq şəkildə təsdiq etməyiblər.

Qeyd edək ki, Monika Belluçi 1999-cu ildə fransız aktyor Vensan Kasellə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən iki qızı dünyaya gətirib. Onların evliliyi 14 il davam edib.

 






Seçilən
3
1
redaktor.az

2Mənbələr