AZ

Erməni bloqer Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Erməni bloqer, "SisMasis" "Telegram" kanalının müəllifi Samvel Karapetyan Rusiyada doğulduğuna baxmayaraq, ölkə vətəndaşlığından məhrum edilib.
Oxu.Az bildirir ki, bu barədə Karapetyan "SisMasis" "Telegram" kanalında məlumat verib.
O bildirib ki, mayda ona Rusiya vətəndaşlığının ləğv edilməsi barədə bildiriş gəlib. Rusiya Daxili İşlər Nazirliyi buna səbəb kimi ölkədə təhlükəsizliyə təhdid yaratmağı göstərib. Bloqerə qərarların surəti və ya hər hansı izahat təqdim edilməyib.
Qeyd edildiyinə görə, bu, ilk dəfədir ki, Rusiyada doğulmasına baxmayaraq, vətəndaşlıqdan məhrumetmə halı baş verir.
Seçilən
13
9
oxu.az

10Mənbələr