AZ

“Bu, bizim oyun planımıza tam uyğun nəticə idi” “İmişli”nin baş məşqçisi

ain.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 5-ci turunda “Karvan-Yevlax” üzərində 3:0 hesablı qələbəni şərh edib:

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyunu barədə bunları deyib:

“Oyun tam istədiyimiz kimi keçdi. Rəqib çalışırdı ki, təzyiq göstərsin və qol vursun, amma biz buna imkan vermədik. Müdafiədə diqqətli oynadıq, hücumda isə öz oyunumuzu rəqibə qəbul etdirdik. 2:0-dan sonra daha sərbəst oynamağa başladıq, çoxlu qol imkanlarımız oldu və nəhayət, üçüncü qolu da vurduq. Bu, bizim oyun planımıza tam uyğun nəticə idi.

Portuqaliyalı mütəxəssis həmçinin “Qarabağ”ın Çempionlar Liqasında “Benfika” üzərində Lissabonda qazandığı tarixi qələbəni də xüsusi qeyd edib:

“Bir portuqaliyalı kimi “Benfika”nın qələbəsini istəsəm də, “Qarabağ”ın oyunu və qazandığı nəticə böyük uğurdur. Onlar bu qələbəni tam haqq etdilər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
idmanxeber.az

2Mənbələr