AZ

İslamda ruh anlayışı nədir?

Zamanla ruhlar barədə qeyri-adi fikirlər səsləndirilir.  

İslamda ruh anlayışı nədir?

İlahiyyatçı Tural İrfan Hit.az- a deyib ki, Qurani - Kərimdə ruhlar haqqında buyrulur ki, ruh yalnız Allaha aiddir:

"Yəni, ruhun keyfiyyəti haqda ətraflı məlumat verilmir. Çünki , ruh mücərrəd varlıqdır. Hədislərə gərə Allah insanı xəlq etdikdən sonra özünə məscid ruhdan onun bədəninə üfürüb və insan cana gəlib. Öldükdən sonra da ruh bədəni tərk edir, axirət aləminə yol alır. Ancaq ölmüş adamların ruhlarının dünyaya qayıtması haqda da rəvayətlər, inanclar var. Adətən cümə axşamı günləri ölülələrə Quran oxunur, dua edilir. Belə qəbul olunur ki, həmin gün Allah ruhları azad edir və onlar öz evlərinə, ailələrinə baş çəkirlər. Bəzən də ruhların çağırılması barədə müzakirələr olur. Yəni, ölmüş insanın ruhu ilə  rabitəyə girmək məsələsində ixtilaf var. Bəziləri əsla bunun mümkün olmadığını qeyd edirlər. Əgər kimsə ruhla danışdığını iddia edirsə, həmin varlığın ruh deyil, ruh adı ilə gəlmiş cin olduğunu deyirlər. Lakin bəziləri isə ruhun rabitəyə girə bildiyini bildirirlər. Ancaq ümumiyyətlə ruh mücərrəd olduğu üçün hələ elm də onun haqqında aydın qəbahət gələ bilməyib. İnsanı idarə edən mücərrəd enerji, qüvvə olduğunu təsdiq və inkar edənlər var. İslamda sadəcə ruha inanmaq vacibdir. Onun varlığını qəbul etmək, öləndən sonra ruhun bədəni tərk etdiyini qəbul etmək şərtdir. Bəzi din və təriqətlərdə isə ruhun bir bədəndən başqasına keçməsinə, tənasüx inancına qail olurlar. Reankarnasiya, ruhun bir bədəndən başqasına keçmə inancı İslamda qəbul edilmir. İslama görə hər kəsin öz ruhu var, hərə öz əməllərinə cavab verməlidir. Biri digərinin məsuliyyətini daşımaz. Habelə, insan şəxsiyyət olaraq bütün varlığı ilə tam müstəqil xəlq olunub. Birinin digərinin ruhuna malik olması inancını Quran rədd edir".

Sevinc

Seçilən
7
hit.az

1Mənbələr