AZ

CHP son 2 ildə dördüncü dəfə qurultay keçirəcək

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasında (CHP) siyasi gərginlik davam edir.

Modern.az xəbər verir ki, Partiyanın bir qrup nümayəndəsi 21 sentyabrda keçiriləcək növbədənkənar qurultayın qanunsuz olduğunu iddia edərək Ali Seçki Komissiyasına müraciət edib. Lakin Komissiya müraciəti rədd edib.

Komissiyanın sədri Ahmet Yener bildirib ki, növbədənkənar 22-ci qurultayın keçirilməsində hüquqi problem yoxdur: “Qurultayın ləğv edilməsi barədə müraciət qanunsuz sayıldı və rədd edildi.”

Bu qərarla CHP-nin bazar günü keçirəcəyi qurultayın qarşısında heç bir əngəl qalmayıb. Qeyd edək ki, bu, müxalif partiyanın son 2 ildə 4-cü qurultayıdır.

Xatırladaq ki, ötən ilin 38-ci qurultayında partiyanın  lideri Kamal Kılıçdaroğlu yerini Özgyür Özələ verib.

Ankara Prokurorluğu həmin qurultayda baş verən qanun pozuntuları ilə bağlı istintaqı başa çatdırıb və 12 nəfər barəsində ittiham aktı tərtib edib. Onların arasında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, İzmir meri Cemil Tuğay və partiyanın İstanbul şöbəsinin rəhbəri Özgür Çelik də var.

Prokurorluq təqsirləndirilən şəxslərə üç ilədək həbs və siyasi fəaliyyətlə məşğul olma qadağası tələb edir. İttiham aktında Kamal Kılıçdaroğlu zərərçəkmiş şəxs kimi tanınıb. O, ifadə verməyə dəvət olunsa da, prokurorluğa gəlməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
modern.az

2Mənbələr