AZ

Polşadakı dron insidenti: ABŞ kəşfiyyatı qəsdən olub-olmadığını açıqlamır

ABŞ kəşfiyyatı hələlik 10 sentyabrda Polşa ərazisində baş verən pilotsuz uçuş aparatı insidentinin qəsdən törədildiyini təsdiqləyə bilmir.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Fox News telekanalına açıqlamasında bildirib.

“Hazırda kəşfiyyat müəyyən etməyib ki, bu hadisə qəsdən törədilib, yoxsa yox. Əgər bunun qəsdən baş verdiyi sübuta yetirilərsə, bu, çox ciddi pozuntu olacaq və biz adekvat cavab verəcəyik”, — deyə Uitaker vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr