AZ

Ağstafada şəhid ailələrinin üzvləri ilə görüş keçirildi, kitab təqdimatı oldu FOTOLAR

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Globalinfo.az bildirir ki, görüşü giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, Azərbaycanın milli tarixində yeni bir mərhələni ifadə edən 20 sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın ən böyük sərvəti, milli dövlətçiliyimizin təminatıdır.  Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz tam təmin olundu, sərhədlərimiz üzərində, o cümlədən bütün ərazilərimizdə müqəddəs bayrağımız qürurla dalğalanır. Bu nailiyyətlər dövlətimizin və xalqımızın sarsılmaz iradəsi, qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin müqəddəs qanı bahasına əldə olundu. Hər bir azərbaycanlı bu günlə qürur duyur, gələcəyə inamla baxır və dövlət suverenliyini daim qoruyacağını bütün dünyaya bəyan edir.

“Yadigar şeirlər” kitabının redaktoru Saqif Qaratorpaq Vətən müharibəsinin qəhrəman şəhidi Elşən Şəfalət oğlu Piriyevin keçdiyi şərəfli ömür və döyüş yollarından söz açaraq qeyd edib ki, kitabın əsas mövzuları Vətən sevgisi, torpağa bağlılıq, xeyirxahlıq və insana rəğbətdir.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri dövlətimiz tərəfindən şəhid ailələrinə, eləcə də bu kateqoriyadan olan vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
globalinfo.az

3Mənbələr