AZ

Rusiya ordusu Xarkovdan 20 km məsafədəki kəndə hücuma başladı

Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusu Xarkov vilayətinin Liptsı kəndinə yenidən hücuma keçib. Kənddən Xarkova düz xətlə olan məsafə 16 kilometrdən bir qədər çoxdur, şosse yoluyla isə 20 km-ə yaxındır.

Hafta.az bu haqda “Fokus” nəşrinə istinadla xəbər verir.

"Düşmən Liptsı istiqamətində hücum əməliyyatlarını bərpa edib", - hərbçilər bildirib.

Son bir neçə ay ərzində cəbhənin bu bölməsi nisbətən sakit olub və sonuncu dəfə bu istiqamətdə vəziyyət Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının iyulun 19-da yaydığı hesabatda qeyd edilib.

Ruslar Liptsı kəndinin Ukraynaya hücumun əvvəlində işğal etmişdilər. Lakin 2022-ci ilin sentyabrında əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri kəndi azad edib.

Cənubi Slobojanski istiqamətində düşmən Ukrayna Silahlı Qüvvələrinin Volçanskdakı mövqelərinə uğursuz hücum edib.

Bu barədə Dnepr Əməliyyat-Strateji Qüvvələr Qrupu məlumat yayıb.

Komandanlıq qeyd edir ki, ruslar Kupyansk bölgəsində möhkəmlənmək cəhdlərini davam etdirirlər, lakin Ukrayna Müdafiə Qüvvələri onları geri oturdur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 19-da səhər yaydığı məlumatda bildirib ki, düşmən Yujno-Slobojanska istiqamətində Hlıbokaye, Volçansk, Volçanskiye Xutora, Otradnoye yaşayış məntəqələri yaxınlığında və Boloqovka istiqamətində Ukrayna mövqelərinə 15 dəfə hücum edib.

Kupyansk istiqamətində Baş Qərargah səkkiz toqquşma qeydə alıb və Ukrayna Müdafiə Qüvvələri Kupyansk, Novoosinove, Kondraşovka və Borovaya hücum cəhdlərini dəf edib.

Sultan Laçın

Seçilən
1
hafta.az

1Mənbələr