AZ

"Birbaşa Bakı" da Çempionlar Liqasının 1/4 finalında

Daha bir klubumuz adını minifutbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinə yazdırmağı bacarıb.

"Football-plus.az" xəbər verir ki, "Zirə"nin ardından bunu "Birbaşa Bakı" bacarıb. Komanda 1/8 finalda Yunanıstanın "Flaminqos"u ilə qarşılaşıb. Paytaxt klubu rəqibinə 3:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.

Digər təmsilçimiz "Aznur" isə Çexiya "Brno"suna məğlub olaraq (2:2, penalti seriyasında 2:3) mübarizəni dayandırıb.

Seçilən
1
3
football-plus.az

4Mənbələr