AZ

Dövlət əmlaklarının növbəti hərracının keçiriləcəyi tarix məlum olub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən oktyabrın 2 və 7-də keçiriləcək hərraclara 3 kiçikdövlət müəssisə və obyekti, 159 nəqliyyat vasitəsi çıxarılıb.

Trend xəbər verir ki, bubarrədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, oktyabrın 2-də keçiriləcək hərraca 56 nəqliyyatvasitəsi, oktyabrın 7-də keçiriləcək hərraca isə 103 nəqliyyatvasitəsi və 3 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.

Kiçik dövlət müəssisə və obyektləri Şirvan şəhərində, Samux vəAğstafa rayonlarında yerləşir. Samux rayonunda olan "Seyidlər üzümemalı zavodu" dövlət müəssisəsi alıcılar üçün əlverişli hesabolunur. Müəssisənin torpaq sahəsi 26.068 kvadratmetr, ümumi faydalısahəsi isə 221 kvadratmetrdir.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak MəsələləriDövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
0
3
az.trend.az

7Mənbələr