Zeytun Pharmaceuticals vakansiya elan edir: Əczaçı
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir:
Yer: BakıMəşğulluq növü: Tam ştat (Full-time)Maaş: 500 – 700 AZNElanın qoyulma tarixi: 18.09.2025Son müraciət tarixi: 02.10.2025
Vəzifə adı: Əczaçı (Pharmacist)
Tələblər:
Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
Müvafiq sahədə 2 il iş təcrübəsi;
1C proqram biliyi arzuolunandır;
İşində dəqiq və məsuliyyətli olmalıdır.
Vəzifə funksiyaları:
Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;
Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi;
Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.
İş şəraiti:
İş qrafiki: Növbəli
Əmək haqqı: 500 - 700 AZN + Bonus sistemi mövcuddur.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə “subject” (mövzu) hissəsində Əczaçı qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
E-saglam.az