AZ

"Rəqibə iki qol hədiyyə etdik" - "Zaqatala"nın baş məşqçisi

1-ci Liqanın 2-ci turunda "Şəfa"nı qəbul edən "Zaqatala" 0:4 hesabı ilə məğlub oldu. "Sarı-qaralar"ın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb böyükhesablı yenilgini şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Rəqibə iki qol hədiyyə etdik. Birinci qolda qapıçıya ötürmə verərəkən səhv etdik, ardından isə penaltidən fərqləndilər. Buraxdığımız uşaq səhvi üzündən rəqibə penaltidən fərqlənmək imkanı yaratdıq. Halbuki buraxdığımız ilk qolun ardından birəbir epizodu qaçırdıq. Oyunçumuz ləngidi. Əslində, planımız başqa idi. Çox tez qol buraxdıq. 0:2-dən sonra ümumiyyətlə fərqli planla mübarizə aparmaq məcburiyyətində qaldıq. Hesabı bərabərləşdirmək üçün riskə getməli olduq və qollar buraxdıq. Səhvlərimiz çox oldu. Ümid edirik ki, bu səhvlərdən nəticə çıxararaq növbəti oyunda yaxşı nəticə əldə edəcəyik".

Nihat 

Seçilən
2
1
fanat.az

2Mənbələr