AZ

“Dövlət suverenliyimizin bərpası böyük və tarixi bir hadisədir”

Cahangir Məmmədli: “Prezidentimiz öz planetar düşüncə tərzi ilə xalqımıza bu səadəti də nəsib etdi”

“Dövlət suverenliyimizin bərpası böyük və tarixi bir hadisədir”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Ekspert qeyd edib ki, 2023-cü ildə dövlət suverenliyinin tam bərpası əməliyyatı öz unikallığı və ciddi nəticələri ilə diqqət çəkir:

“Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdı. İşğaldakı torpaqlarımız erməni faşizmindən azad edildi. 2023-cü il 19-20 sentyabr tarixində isə Xankəndi və ətraf ərazilərin separatçılardan təmizlənməsi ilə dövlət suverenliyimiz tam bərpa edildi. Prezidentimiz öz planetar düşüncə tərzi ilə xalqımıza bu səadəti də nəsib etdi. Biz buna görə dövlət başçımıza, eləcə də şəhidlərimizə, qazilərimizə borcluyuq.

8 Noyabr zəfərinin əldə edilməsində, eləcə də suverenliyimizin tam bərpasında jurnalistlərimizin də əməyi böyükdür. Onlar dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşərək milli maraqlarımızı qətiyyətlə müdafiə etdi, düşmən təxribatlarının, dezinformasiyalarının ifşa edilməsində mühüm rol oynadı.

Mən 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edir, dövlətimizə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram”.

Seymur ƏLİYEV

 

Seçilən
13
1
moderator.az

2Mənbələr