AZ

“İmişli” 3 xalı 3 qolla qazandı

Azərbaycan Premyer Liqasında V turun açılış oyununda “İmişli” səfərdə “Karvan-Yevlax”la qarşılaşıb.

Msport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları Dioqo Almeyda (12), Edvin Banquera (15), Azər Salahlı (80) vurublar. “İmişli” qələbə sayəsində xallarını 7-yə çatdırıb. “Karvan-Yevlax”ın isə 4 xalı var.

Qeyd edək ki, günün növbəti matçı saat 18:30-da “Zirə” və “Şamaxı” arasında keçiriləcək.

Seçilən
23
7
msport.az

8Mənbələr