Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direktor əvəzi təyin edilib.
Musavat.com “Qaynarinfo.az”a istinadən xəbər verir ki, Əliyeva Yasəmən Kamil qızı 20 nömrəli məktəb-liseyə direktor əvəzi gətirilib.
20 nömrəli məktəb-liseyin direktor əvəzi Yasəmən Əliyeva uzun illərdir sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.
O, həmçinin xeyli müddətdir ki, 60 nömrəli tam orta ümumtəhsil məktəbin direktor vəzifəsini müvəqqəti icra edir.
Qeyd edək ki, 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva vəzifəsindən azad edilərək, 158 nömrəli tam orta məktəbin direktoru təyin olunub.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirdilər ki, Yasəmən Əliyeva Bakı şəhəri 60 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant olan direktor vəzifəsinin müvəqqəti icrasından 15.09.2025-ci il tarixindən azad edilib.
Bakı şəhəri 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyeva Yasəmənə 16.09.2025-ci il tarixindən Bakı şəhəri 20 nömrəli məktəb-liseyin vakant olan direktor vəzifəsinin müvəqqəti icrası həvalə olunub.