AZ

Gürcüstan və Qırğızıstan Orta Dəhlizin əhəmiyyətini müzakirə etdilər

TBİLİSİ, 19 sentyabr. TELEQRAF

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qırğız Respublikasının səfiri Maksat Mamıtkanovla görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin müzakirəsi aparılıb.

Tərəflər parlamentlərarası əlaqələr, həmçinin dostluq qrupları arasında mütəmadi aparılan fikir mübadiləsini müsbət qiymətləndiriblər.

Görüşdə Orta Dəhlizin artan əhəmiyyəti və nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlıq müzakirə olunub. Qırğızıstan səfirinin sözlərinə görə, Gürcüstan və Qırğızıstanın malik olduğu strateji coğrafi mövqe Orta Dəhlizin inkişafı üçün əhəmiyyətli perspektivlər yaradır.

Ş.Papuaşvili Gürcüstanın Qırğızıstanla islahatlar sahəsində ən yaxşı təcrübəsi ilə bölüşməyə hazır olduğunu bildirib.

Spiker yeni təyin olunmuş səfirə Gürcüstan-Qırğızıstan münasibətlərinin inkişafında uğurlar arzulayıb.

Qeyd edək ki, M.Mamıtkanov 2024-cü ilin iyulundan Qırğız Respublikasının Azərbaycandakı səfiridir. O, bu ilin iyulundan iqamətgahı Bakıda olmaqla Qırğızıstanın Gürcüstandakı səfiri vəzifəsinə təyinat alıb.

Seçilən
3
teleqraf.com

1Mənbələr