AZ

PKK və bütün uzantıları dərhal silahlarını təhvil verməlidir - Yaşar Gülər

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, PKK onun müxtəlif adlar altında fəaliyyət göstərən bütün uzantıları, xüsusilə də Suriyada mövcud olan strukturlar, şərtsiz şəkildə silahlarını təhvil verməlidir.

TurkicWorld xəbər verir ki, Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Gülər, qazilərin Türk dövlətinin qürur mənbəyi olduğunu vurğulayıb.

Nazir bölgədə artan gərginliklər fonunda Türkiyənin mövqeyini izah edərək, ölkənin həm regional, həm də qlobal məsələlərdə barışdan yana prinsipial mövqe sərgilədiyini qeyd edib.

Gülər çıxışında son 40 ildə ölkənin təhlükəsizliyini təhdid edən terror bəlasına son qoymaqda qərarlı olduqlarını bildirib.

“Heç bir terror təşkilatının bölgədə kök salmasına, fərqli adlarla fəaliyyət göstərməsinə icazə verməyəcəyik. Bu yolda heç bir güzəşt yoxdur, olmayacaq”- deyə o bildirib.

Nazir vurğulayıb ki, bu gün terrorla mübarizədə qazanılan uğurlar şəhid və qazilərin fədakarlığı sayəsində mümkün olub.

“Ən böyük ilham mənbəyimiz şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq dolu mübarizəsidir. Onların şərəfli mirası heç vaxt unudulmayacaq”- deyə nazir bildirib.

Seçilən
4
turkic.world

1Mənbələr