AZ

"Haber Global": Azərbaycanda Dövlət Suverenliyi Günü coşqu ilə qeyd olunur

"19 sentyabr 2023-cü il Azərbaycanın tarixi yaddaşına həkk olunan əlamətdar günlərdən biridir. Çünki Qarabağ zəfərinin davamı olaraq həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Prezident İlham Əliyev ötən il 20 sentyabrı Dövlət Suverenliyi Günü elan etdi".

Bu barədə "Haber Global"ın hazırladığı süjetdə xəbər verir.

Qeyd olunur ki, əməliyyat cəmi 23 saat 43 dəqiqə davam edib.

"Azərbaycanın tam suverenliyi və ərazi bütövlüyü təmin edildi. 19 sentyabr 2023-cü ildə həyata keçirilən terrorla mübarizə əməliyyatı Azərbaycanın yaxın siyasi tarixindəki mühüm dönüş nöqtələrindən biri oldu. Qarabağ terrordan təmizləndi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağı ucaldıldı. Beləliklə, Suverenlik Gününə gedən işıqlı yol açıldı".

"Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, heç vaxt təslim olmayan dost və qardaş Azərbaycan xalqı Dövlət Suverenliyi Gününü coşqu və qürurla qeyd edir. Çünki 20 sentyabr yalnız tarixi bir hadisəni rəsmiləşdirmir. Eyni zamanda Azərbaycanın milli birlik və qətiyyətinin təntənəsidir. Dövlət Suverenliyi Günü gələcək nəsillərə yönəlik də böyük bir mesaj daşıyır", - deyə müəllif vurğulayıb.

Ətraflı süjetdə:

Seçilən
34
2
far.az

3Mənbələr