AZ

Paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq

Bakı. Trend:

Paytaxtda ödənişli hərəkət zonaları yaradılacaq.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı iləmüntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlıbəzi tədbirlər haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Bakı şəhərinin inzibatiərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrininhəmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlıtəkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan RespublikasınınPrezidentinə təqdim etməlidir.

Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisindəmüəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görəödənilən haqq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondununmaliyyələşmə mənbələrindən biri olacaq.

Seçilən
0
33
az.trend.az

10Mənbələr