AZ

Bir sıra şəhər və rayonlarda sərnişin daşıyıcılarına subsidiya veriləcək

Bakı. Trend:

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində vəAbşeron, Ağdam, Şuşa, Laçın rayonlarında sərnişin daşınmalarınıhəyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara subsidiyaödəniləcək.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı iləmüntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlıbəzi tədbirlər haqqında” Fərmanında əksini tapıb.

Belə ki, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun vəsaitindən"Büdcə sistemi haqqında" qanununun və dövlət xəzinədarlığısahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqlaaşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmişnəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyatakeçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiyaödəniləcək:

- sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmişavtobuslar;

- elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

- Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçininistehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizelmühərrikli avtobuslar.

Seçilən
17
21
az.trend.az

10Mənbələr