AZ

Sərnişindaşıma ilə məşğul olan sahibkarlara subsudiya veriləcək

BAKI, 19 sentyabr. TELEQRAF

Yeni yaradılacaq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun vəsatindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində sıxılmış təbii qaz, elektrik mühərriki ilə təchiz edilmiş və nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya veriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Eyni zamanda Gəncə şəhərinin inzibati ərazisində istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslarla müntəzəm sərnişin daşınmasını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara da subsidiya veriləcək.

Seçilən
9
4
teleqraf.com

10Mənbələr