AZ

Diyetoloqlar danışdı: Hər gün kərəviz yeyilsə, orqanizmə nə olar?

Sağlamlıq mütəxəssisləri adətən "göy qurşağı yemək" yəni müxtəlif rəngli məhsulları qəbul etməyi məsləhət görürlər. Məsələn, kərəvizi sup və ya salata əlavə edə, yaxud fıstıq məsəsi və ya "kranç" sousu ilə qəlyanaltı kimi yeyə bilərsiniz. Diyetoloqlar həmçinin onu hər gün yeyəndə sağlamlığa nə olacağını danışdılar.

HİT.az xəbər verir ki, bunu "Parade" yazır.

Nəşr olunan məlumata görə, diplomlu diyetoloqlar hesab edirlər ki, hər gün və ya müntəzəm şəkildə yediyimiz məhsulların ümumi sağlamlığımıza necə təsir etdiyini başa düşmək çox vacibdir, bu ister kərəviz, istər banan, istərsə də duzlu qəlyanaltılar və ya şirniyyatlar olsun.

Qeydiyyatdan keçmiş diyetoloq, kliniki qidalanma üzrə sertifikatlaşdırılmış mütəxəssis Andrea Soares bildirib: "Bədənimiz kiçik bir kimyəvi laboratoriyaya bənzəyir və ona daxil etdiyimiz hər şeyə davamlı reaksiya verir. Nəyisə müntəzəm yediyimiz zaman, o, daxili mühitimizin bir hissəsinə çevrilir. Buna görə də kərəviz kimi qidanın hidratlaşdırma, həzm və iltihab prosesinə necə təsir etdiyini başa düşmək, bizə ağıllı seçimlər etməyə və həddindən artıq yeməməyə kömək edir".

Onun sözlərinə görə, qidalanma ən yaxşı müxtəlif və taraz olduqda olur. Soares əlavə edib ki, kərəvizin gündəlik qəbulu buna kömək edə və ümumi sağlamlığınızı dəstəkləyə bilər.

Qeydiyyatdan keçmiş dietoloq Lena Bakoviç məlumat verib: "Kərəviz sümük sağlamlığına, immunitetin gücləndirilməsinə və ürək-damar sisteminin sağlamlığına kömək edən K vitamini, C vitamini, kalium və folatlar kimi zəruri qida maddələri ehtiva edir."

Qeyd olunub ki, bəziləri kərəvizdə altı kaloriya olduğu faktına görə təəccüblənə bilər, çünki bəzi mütəxəssislər onun mənfi kaloriyaya malik olmadığını hesab edirlər. Məlum oldu ki, tez-tez pəhriz mədəniyyətində təşviq edilən "mənfi kaloriya" anlayışı səhvdir.

"Bəzi məhsulların, məsələn kərəvizin, çeynəmə və həzm zamanı əslində ehtiva etdiyindən daha çox kaloriya yandırdığı iddia edilir, amma bu doğru deyil", deyə Berri Stritdəki kliniki qidalanma şöbəsinin rəhbari Mişel D. Reycer bildirib.

Materialda deyilir ki, kərəvizin müntəzəm qəbulu sizə həzm sistemi sağlamlığı, çəki ilə bağlı məqsədlərə çatmaq, sümük sağlamlığı və hətta beyin fəaliyyətinin dəstəklnməsi üçün lazım olan daha çox lif, K vitamini və digər qida maddələri əldə etməyə kömək edəcək.

Eyni zamanda, qidalanma ekspertləri xəbərdarlıq edirlər ki, kərəvizin həddindən artıq qəbulu həzm pozuntularına səbəb ola bilər. Bundan əlavə, kərəvizdən başqa kifayət qədər digər məhsulları yeməsəniz, qida maddələri çatışmazlığı yarana bilər.

Samir
 

Seçilən
8
hit.az

1Mənbələr