AZ

Makronun xanımı məhkəmədə qadın olduğunu sübut edəcək

Brigitte Makron ABŞ-da məhkəməyə elmi sübutlar təqdim edəcək.

Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brigitte Makron ona qarşı yayılan yalan iddialarla mübarizə aparmaq üçün ABŞ-da hüquqi addım atıb. Cütlük Brigitte Makronun guya "kişi olaraq doğulduğunu" iddia edən sağçı amerikalı internet fenomeni Candace Owens-ə qarşı böhtan iddiası qaldırıb.

BBC-yə danışan Makron ailəsinin vəkili Tom Clare məhkəməyə Brigitte Makronun qadın olduğunu sübut edən fotoşəkillər və elmi sənədlərin təqdim ediləcəyini bildirib. Clare qeyd edib:

"Bir insanın bu şəkildə özünü sübut etməyə məcbur qalması olduqca bezdiricidir."

Candace Owens-in vəkilləri isə işin rədd olunması ilə bağlı məhkəməyə vəsatət təqdim ediblər.

Xatırladaq ki, Owens daha əvvəl 2024-cü ilin martında Brigitte Makronun "əslində kişi" olduğu barədə iddiasını ictimaiyyətə açıqlamış və bu fikri öz peşəkar nüfuzunun əsasına çevirmişdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
1
turkustan.az

2Mənbələr