AZ

Bu 7 əlamətə DİQQƏT EDİN 

Qırışlarınızın, saç tökülmələrinin və ya oynaq ağrılarınızın səbəbi düşündüyünüzdən fərqli ola bilər. Bədəniniz sizə kollagenə ehtiyacı olduğunu söyləyə bilər! Budur kollagen çatışmazlığının 7 əsas əlaməti...

Manset.az xarici mediaya istinadən xəbər verir ki, kollagen gəncliyin və sağlamlığın görünməyən qəhrəmanı kimi tanınır. Lakin onun istehsalı azaldıqda, vücudunuz müxtəlif siqnallar göndərir.

Bəs hansı əlamətlər kollagenə ehtiyacınız olduğunu göstərir?

Kollagen dərimizin, oynaqlarımızın, saçlarımızın və dırnaqlarımızın sağlamlığı üçün vacib olan bir proteindir. Yaşlandıqca kollagen istehsalı azalır, bu da müxtəlif simptomlara səbəb ola bilər.
Təbii proseslər nəticəsində yaranan bu çatışmazlıq həyat keyfiyyətinə birbaşa təsir göstərə bilər. Buna görə də kollagenə ehtiyacı göstərən əlamətləri bilmək sağlam həyatın açarıdır.

Bunu göstərən 7 əlaməti təqdim edirik:

1) Dəridə elastikliyin azalması və qırışlar

2) Oynaq ağrıları

3) Saç və dırnaqlarda zəifləmə 

4) Əzələ itkisi və gücsüzlük

5) Yavaş sağalan yaralar

6) Həzm problemləri

7) Diş və diş əti problemləri

Seçilən
17
manset.az

1Mənbələr