AZ

MPL: "İmişli" fərqi 3 topa çatdırır - YENİLƏNİR

Bu gün Milsi Premyer Liqasında 5-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günündə 2 matç baş tutacaq.

Günün ilk oyununda Premyer Liqanın debütantları "Karvan-Yevlax" ilə "İmişli" üz-üzə gələcəklər. 

Şamaxını bu həftə debütantların ixtiyarına buraxan eyniadlı komanda özü isə bu gün "Zirə"nin qonağı olacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu bölgə təmsilçisi məğlubiyyətsiz irəliləyən "qartallar"ı büdrətməyə çalışacaq. Rəşad Sadıqovun komandası qələbə qazanacağı halda isə azı bir günlük zirvəni ələ keçirəcək.

Qeyd edək ki, turun iki oyunu şənbə (“Qəbələ” – “Kəpəz”, “Sabah” – “Turan Tovuz”), son iki görüşü isə bazar günü (“Araz-Naxçıvan” – “Qarabağ”, “Sumqayıt” – “Neftçi”) keçiriləcək.

Misli Premyer Liqası
5-ci tur
19 sentyabr

“Karvan-Yevlax” – “İmişli” 0:3 (2-ci hissə)

Qollar: Dioqo Almeyda, 12. Edvin Banquera, 15. Azər Salahlı, 80.
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
VAR: İnqilab Məmmədov, Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu.

Karvan-Yevlax: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 2. Şakil Sno, 12. Vitor Roşa, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 5. Nika Çaçaşvili, 11. Kayl Spens, 37. Mois Nqvisani, 3. Said İranxan, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 44. Həzrət İsayev, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo. 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 17. Ezekiel Morqan.
Baş məşqçi: Jorje Kaşkilya.

18:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov, Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu.
 

Seçilən
19
8
fanat.az

10Mənbələr