Federiko Kyezanın “Liverpul”dan ayrılması hələ də mümkündür.
İdmanxeber.az xəbər verir ki, Səudiyyə Ərəbistanında transfer pəncərəsi 23 sentyabra qədər açıq olduğundan, italiyalı futbolçu üçün hələ şans var.
“Beşiktaş” və A Seriyası klubları Kyeza ilə maraqlansa da, “Liverpul” onun qalmasına üstünlük verib. 26 yaşlı oyunçunun klubla müqaviləsi 2028-ci ilə qədərdir.
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alır.