Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Maliyyə naziri Sahil Babayev yoxlama tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması, dövlət büdcəsinə dəymiş ziyanın bərpasının izlənməsi mexanizminin yaradılması, həmçinin Xidmətin kadr potensialının gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Missiya.Az nazirliyə istinadən xəbər verir ki, nazir bu məsələyə qurumda keçirilmiş kollegiya iclasında toxunub.
O, nazirlik sistemində tətbiq olunan informasiya sistemlərindən əldə olunan məlumatlar əsasında risk əsaslı yanaşma və təhlil metodlarının tətbiqi ilə nəzarət tədbirlərinin aparılmasının vacibliyini bildirib.
Ölkə Prezidentinin "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı görülən işlərdən danışan S.Babayev qeyd edib ki, Fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.