AZ

Manatın məzənnəsi ilə bağlı vacib açıqlama: 2030-cu ilə kimi...

Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq.

Aktual.az APA-ya istinadla xəbər verir ki, bu barədə "The Economist Group”un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit” (EIU) 2024–2029-cu illər üçün manatın məzənnəsi ilə bağlı proqnozunda bildirib.

Proqnoza əsasən, dollar/manat məzənnəsi 2025-2029-cu illər ərzində 1,70 səviyyəsində sabit qalacaq, avro isə Azərbaycan manatı qarşısında nisbətən ucuzlaşacaq. EIU analitikləri hesab edirlər ki, avro/manat məzənnəsi bu il 1,77 manat, gələn il 1,75 manat, 2027-ci ildə isə 1,73 manat səviyyəsinə enəcək. 2028-2029-cu illərdə isə eyni məzənnə ilə ticarət ediləcək.

Ümumilikdə EIU hesab edir ki, məzənnənin sabit saxlanılması Mərkəzi Bankın siyasəti ilə uzlaşır və yaxın illərdə manatın kursunda ciddi dəyişikliklər gözlənilmir.

Seçilən
58
17
ulusum.az

10Mənbələr