AZ

Qazaxıstanda Azərbaycanın lüks turizm imkanları nümayiş olunub

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosu sentyabrın 17-19-da Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində təmsil olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı keçirilən B2B görüşlərində Qazaxıstan və Özbəkistanın 30-dan çox turizm şirkəti və turoperatoru ilə görüşlər keçirilərək əməkdaşlıq imkanları müzakirə olunub, ölkənin lüks turizm potensialı təqdim edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust dövründə Azərbaycana Qazaxıstandan 69 min 332, Özbəkistandan 37 min 718 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19 və 28 faiz artım deməkdir.

“Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana və Daşkənd şəhərləri arasında birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artmasına və ölkələrarası turizm əlaqələrinə töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
10
azertag.az

10Mənbələr