AZ

Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib

Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib.

Bakıvaxtı.az “Əl Ərəbiyyə” kanalına istinadən xəbər verir ki, İraqın terrorçuluqla mübarizə xidmətinin xarici əməliyyatlar bölməsi bununla bağlı məlumat yayıb.

Terrorçunun adının Ömər Əbdül Qadir Bəssam olduğu bildirilib.

Sözügedən şəxs xarici ölkələrdə həyata keçirilən hücumlara, o cümlədən İranın Livandakı səfirliyinə təşkil edilən hücuma rəhbərlik edib.

Bəssamın Avropa və ABŞ-da da terror əməliyyatları planlaşdırdığı qeyd edilib.

Seçilən
16
13
bakivaxti.az

10Mənbələr