AZ

Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb

Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb

Füzuli rayonunun Arayatlı kəndində oğurluq hadisəsi baş verib. Hadisənin zərərçəkəni kənd tam orta məktəbinin direktoru Ələddin Hüseynov olub.

Məlumata görə, direktorun evindən 14 000 manat dəyərində qızıl-ziynət əşyaları və 200 manat nağd pul oğurlanıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və cinayətin üstü qısa müddətdə açılıb. Araşdırma nəticəsində hadisəni törədən şəxsin Arayatlı kənd sakini Kamran Məmmədov olduğu müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Füzuli Rayon Məhkəməsində hakim Elmir Hüseynovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Kamran Məmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilib və əməlini maddi sıxıntılarla izah edib.

Məhkəmənin hökmü ilə Kamran Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
24
5
afn.az

6Mənbələr