AZ

Medvedyev Rusiyadan təzminat tələb edənləri hədələdi

Moskva Ukrayna ətrafındakı vəziyyət kontekstində Rusiyadan təzminat almaq üçün Avropa Şurası daxilində daha bir strukturun yaradılmasına sərt cavab verəcək...

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün “Maks” kanalında məlumat verib.

"Kiyev neonasistləri üzərində son qələbəmizin saatı yaxınlaşdıqca, bu qəribə və mənasız təşkilat - Avropa Şurası öz orbitindən bir o qədər uzaqlaşır. Biz bu ayrı-seçkilik xarakterli çaşqın təşkilatdan əbəs yerə çıxmamışıq. Ukrayna üzrə beynəlxalq iddialar komissiyasının yaradılması haqqında tamamilə psixikaya xas olan konvensiya layihəsi qüvvəyə minib”, - o qeyd edib.

Medvedyev daha sonra deyib: “Bu, Avropa Şurası Nazirlər Komitəsinin çətiri altında “Kiyevə qarşı təcavüzün nəticələrinə” görə Rusiyadan kompensasiya tələb etmək məqsədi daşıyan daha bir anti-Rusiya kvazi-məhkəmə orqanı yaratmaq cəhdidir”.
Bu layihənin müəlliflərinin həddindən artıq axmaqlığı onları məsuliyyətdən və qisasdan azad etməyəcək”, - deyə siyasətçi xəbərdarlıq edib.

Poliqon.info

Seçilən
3
2
poliqon.info

3Mənbələr