AZ

ADAU-da Dövlət Suverenliyi Günü qeyd olunub - FOTOLAR

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə “Suverenlik - Milli İradəmizin Zəfəri” mövzusunda tədbir keçirilib.

"Unikal"
xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov Dövlət Suverenliyi Gününün təsis edilməsinin Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğunu qeyd edib.

İctimai fənlər kafedrasının müdiri dosent Elgün Aslanov vurğulayıb ki, məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan tənəzzüldən rifaha doğru irəliləyib. Bu gün ölkəmiz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin dəmir iradəsi ilə özünün ən qüdrətli dövrlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı azad etməklə, ölkəmizin suverenliyini bərpa edib və dövlətimizin təməlini daha da möhkəmləndirib.

Daha sonra Əsaslı kitabxananın direktoru Kamil Məmişov, İctimai fənlər kafedrasının dosentləri Samirə Qasımova, Sevda Abdullayeva, professor Siyasət Məmmədov çıxış edərək qazanılan şanlı Zəfər nəticəsində Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmasından, bu strategiyanın yalnız 2020-ci il Qələbəsi ilə deyil, eyni zamanda 2023-cü ilin sentyabrında cəmi 24 saat ərzində keçirilmiş lokal anti-terror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etməsindən, cəmi bir gün davam edən anti-terror əməliyyatları nəticəsində Konstitusiyamızın aliliyi, dövlətin hüquqi və inzibati hakimiyyəti ölkəmizin bütün ərazisində təmin olunmasından söhbət açıblar.

Seçilən
0
1
unikal.az

10Mənbələr