AZ

Fazil Mustafa: Bir sıra məsələlər konstitusiyada yeni dövrün çağırışlarına uyğun şəkildə əks olunmalıdır

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyur. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi mexanizmlərin dövrün tələblərinə uyğunlaşdırılması bu prosesin əsas məqsədidir. 
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov daAPA-ya açıqlamasında bu mövzuya toxunub. Sədr müavini bildirib ki, artıq yeni çağırışlar var və Konstitusiya buna cavab verməlidir. Bu yanaşma geniş ictimai və siyasi müzakirələr üçün ciddi bir zəmin yaradıb.

Milli Məclisin deputatı Fazil Mustafa Sherg.az-a bu dəyişikliklər barəsində çox ciddi və konkret təkliflər səsləndirildiyini söyləyib: 

"Naxçıvan Muxtar Respublikası ilə bağlı, bələdiyyələrlə bağlı təkliflər var. Dövlət suverenliyi anlayışının burada daha geniş və aydın izahına ehtiyac duyulur. Eləcə də bir sıra məsələlər var ki, konstitusiyada yeni dövrün çağırışlarına uyğun şəkildə əks olunmalıdır. Prezidentin xüsusi nümayəndəsi institutunun konstitusiyada öz əksini tapması, icra hakimiyyətlərinin funksiya və səlahiyyətlərinin dəqiqləşdirilməsi zərurəti var. Bunların hamısı birlikdə kompleks dəyişiklikləri ehtiva edir. Əgər belə bir müzakirə prosesi başlasa, bu təkliflər daha da genişlənə, yeni dövrün çağırışlarına uyğun olaraq zəruri dəyişikliklərin edilməsi nəzərdə tutula bilər".

Deputat bu məsələdə ilk növbədə müzakirə mühiti yaradılmasının vacib olduğunu vurğulayıb:
"Bu gün keçirilən tədbir Milli Məclisin sədrinin təşəbbüsü ilə baş tutdu. Tədbirin əsas ideyası Prezidentin elan etdiyi “Konstitusiya və Suverenlik İli”nin mahiyyətinə, eləcə də Dövlət Suverenliyi Gününün tələblərinə uyğun olaraq belə müzakirələrin parlament müstəvisində aparılmasına şərait yaratmaq idi. Bu da çox uğurlu bir fürsət oldu. Tədbirdə çox dəyərli fikirlər səsləndirildi. Əminəm ki, bu istiqamətdə müəyyən yeniliklər üzə çıxacaq".
Seçilən
10
1
sherg.az

2Mənbələr