AZ

Bu ölkə gecə spirtli içki satışını qadağan edəcək

ain.az, Missiya.az portalına istinadən məlumat yayır.

Polşanın paytaxtı Varşavada gecə saatlarında spirtli içki satışının qadağan edilməsi üçün pilot sxemin işə salınacağı bildirilib.

Missiya.Az "Starhaber"ə istinadən xəbər verir ki, gecə saatlarında spirtli içkilərin satışını qadağan edəcək bir illik sınaq müddəti təsdiqlənib.

"Varşavada gecə spirtli içki satışının məhdudlaşdırılması istiqamətində ilk addımı atırıq. İctimai məsləhətləşmələr zamanı fikirlərini bildirən Varşavalı kişi və qadınların fikirlərinə hörmətlə yanaşır və bir çox şəhərlərdə olduğu kimi bu istiqamətdə də pilot layihə gerçəkləşdirəcəyik",- Varşava meri Rafal Trzaskovski bildirib.

İlahə Qənbərli

Missiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
missiya.az

2Mənbələr